Şimal bölgəsində seçkiləri 2806 yerli və beynəlxalq müşahidəçi izləyir - FOTOSESSİYA

Şimal bölgəsində seçkiləri 2806 yerli və beynəlxalq müşahidəçi izləyir - <span style="color: red;">FOTOSESSİYA
# 09 oktyabr 2013 07:04 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Azərbaycanın şimal bölgəsinin 5 rayonunda 6 dairə seçki komissiyasının 358 seçki məntəqəsində keçirilən seçkiləri izləmək üçün 2806 yerli və xarici müşahidəçi qeydə alınıb.

APA-nın şimal bürosunun məlumatına görə, 51 saylı Qusar seçki dairəsinin 62 məntəqəsinin 10-da veb-kamera quraşdırılıb.

52 saylı Quba seçki dairəsində 655 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

53 saylı Quba-Qusar seçki dairəsində isə 712 nəfər müşahidəçinin olduğu bildirilib.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 10-da veb-kameralar quraşdırılıb.

55 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyası ərazisində isə qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 171 nəfərdir. Bu dairə ərazisində 12 məntəqədə veb-kamera var.

56 saylı Xaçmaz kənd seçki dairəsində 181 müşahidəçinin qeydiyyata alındığı, 10 məntəqədə veb-kamera quraşdırıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR