«Mobitel» telefonların internetlə satışına başlayıb

«Mobitel» telefonların internetlə satışına başlayıb
# 13 may 2013 12:07 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın «Mobitel» şirkəti alıcıların rahatlığını təmin etmək üçün bazara yeni xidmət təklif edib. Artıq alıcılar internet vasitəsilə qiyməti 100 manatdan baha olan istənilən telefonu və aksesuarı (aksesuar yalnız telefona əlavə olaraq satılır) sifariş edə bilər.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bunun üçün alıcı www.mobitel.az saytının «Model sırası»nda istədiyi modeli seçib, «Sifariş et» düyməsini işə salaraq, oradakı xanaları doldurmalıdır. Şirkətin nümayəndəsi alıcı ilə telefon vasitəsilə əlaqə yaradaraq sifarişi təsdiqləyir və sonra, telefon alıcının ünvanına çatdırılır (Bakı şəhəri ərazisində).

Alınan telefona dair bütün suallara məsləhətçi ətraflı məlumat verəcək. Ödəniş yerində və nağd həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR