“Heydər zirvəsi”nə yürüş başa çatıb - FOTO

“Heydər zirvəsi”nə yürüş başa çatıb - <span style="color: red;">FOTO
# 15 may 2013 13:53 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Heydər zirvəsi”nə yürüş başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yürüşə Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar mayın 3-də start verilib.

Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad etməklə başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinə doğru istiqamət götürüb. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə dəniz səviyyəsindən 3000 m hündürlükdə düşərgə qurulub. Burada Azərbaycan dağçılıq tarixində ilk olaraq, tibb məntəqəsi, davamlı elektrik, əlavə ləvazimatları əldə etmə imkanı, geniş sayda insanı yerləşdirə biləcək çadırlar qurulub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan kütləvi yürüş mayın 11-də sona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR