İlham Əliyev NATO baş katibinin yeni müavinini qəbul edib - FOTO

İlham Əliyev NATO baş katibinin yeni müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 10 aprel 2014 11:09 (UTC +04:00)

APA-nın məlumatına görə, S.Dukaru NATO baş katibi Anders Foq Rasmussenin salamlarını Azərbaycan prezidentinə çatdırıb.

NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. S.Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.

Azərbaycan prezidenti isə NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırlayıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstanla bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev Anders Foq Rasmussenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR