Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə 3179 vakant yer ayrılıb

Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə 3179 vakant yer ayrılıb
# 28 iyun 2013 13:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə ayrılan vakant yerlərin sayını açıqlayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu il müəllimlərin işə qəbulu üzrə qəbulu üzrə 3179 vakant yer ayrılıb. Bunun 435-i Bakı şəhər məktəblərinin, digərləri isə bölgə və rayon məktəblərinin payına düşür.

Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri tətbiq olunur. Bunlara yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi daxildir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə də həvəsləndirmə tədbirləri tətbiq olunur. Bunlara isə hər ay əməkhaqqına 70 (yetmiş) manat məbləğində əlavə olunur, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR