Serj Sarkisyan Niderlandda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb

Serj Sarkisyan Niderlandda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb
# 24 mart 2014 09:38 (UTC +04:00)

APA-nın «Aysor” agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər nizamlanma prosesinin hazırkı vəziyyəti və atılacaq addımları müzakirə ediblər.

S. Sarkisyan Niderlandın baş naziri Mart Rute ilə də görüşüb. Görüşdə Ermənistan-Avropa Birliyi münasibətləri, regional məsələlər və Dağlıq Qarabağ problemi müzakirə olunub.

Qeyd edək ki, Ermənistan prezidenti martın 24-25 Haaqada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR