ABŞ Dövlət Departamenti Tehranı dünya ictimaiyyəti ilə dərin əməkdaşlığa çağırıb

ABŞ Dövlət Departamenti Tehranı dünya ictimaiyyəti ilə dərin əməkdaşlığa çağırıb
# 08 sentyabr 2013 00:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran rəhbərliyi nüvə məsələsinin diplomatik yolla həlli üçün dünya ictimaiyyətilə dərin əməkdaşlıq etməlidir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cenifer Saki deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) tam əməkdaşlıq üçün qarşılıqlı anlaşma yolunu seçəcəyinə ümid edir.

C. Saki həmçinin İranda Həsən Ruhaninin iqtidara gəlməsini dünya ictimaiyyətinin bu ölkənin nüvə proqramıyla bağlı narahatlığını daha tez aradan qaldırılması üçün yaxşı fürsət olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR