Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməsinə icazə vermirik” - VİDEO

Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməsinə icazə vermirik” - <span style="color: red;">VİDEO
# 12 dekabr 2013 09:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar xidmətin rəisi Mədət Quliyev bildirib.

Məhkumların saxlanılma şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə danışan xidmət rəisi qadınlar üçün cəzaçəkmə müəssisəsinin tikintisinin davam etdiyini deyib: “Sabunçu rayonunda aparılan tikinti işləri davam etdirilir. Bu yaxınlarda işlərin başa çatması gözlənilir”.

Cəzaçəkmə müəssisələrində qanuni oğruların söz sahibi olması barədə iddialara münasibət bildirən Penitensiar xidmətin rəisi deyib ki, bu iddialar həqiqətə uyğun deyil: “Hər bir jurnalistə böyük hörmətlə yanaşıram amma olur ki, bəzi jurnalistlər tərəfindən həqiqətə uyğun olmayan məqalələr yazılır. Cinayətkar aləmə yaxın olan məhkumlar müəyyən addımlar atmaq istəyirlər, bu proses də keçmiş sovet ölkələrində 20-ci əsrin əvvəllərindən vardı. Amma ona görə də cəzaçəkmə müəssisələrində Petensiar xidmətin əməkdaşları lazımi preventiv addımları atır. Cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməyinə qətiyyən icazə vermirik. Ümumiyyətlə, hər bir məhkuma dövlətimiz tərəfindən xüsusi qayğı var və onun nəticəsidir ki, seçkilərdə də məhkumların 97 faizi iştirak etdi və onların 91 faizi İlham Əliyevə səs verdi. Dünən Əli İnsanovun vəkili də mətbuata demişdi ki, onun saxlama şəraitindən heç bir narazılığı yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR