Azərbaycanda sənayedə çalışanların orta aylıq əmək haqqı 8% artıb

 Azərbaycanda sənayedə çalışanların orta aylıq əmək haqqı 8% artıb
# 18 sentyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artaraq 178,8 min nəfər təşkil edib, onların orta aylıq əmək haqqı 8,4% yüksələrək 641,4 manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, işçilərin 37,4 mini mədənçıxarma, 90,4 mini emal, 30,4 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 20,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha çox artımı emal bölməsinin elektrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, sair nəqliyyat vasitələrinin, tikinti materiallarının, geyim, qida məhsullarının, mebel, içki, kağız və karton, ağac emalı və ağacdan məmulatların, rezin və plastmas məmulatların, musiqi, idman və tibb avadanlıqlarının və neft məhsullarının istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 7,4% artaraq 751,0 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR