Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 08 noyabr 2013 20:37 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 22:40 radələrində Bakı–Qazax yolunun Ucar rayonunun “Dördyol” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

KamAZ markalı yük maşını yolu keçən piyada, rayonun Rəstəcə kənd sakini, 1972 – ci il təvəllüdlü Məmmədov Malik Salik oğlunu vurub. Ağır bədən xəsarətləri alan M. Məmmədov Ucar Mərkəzi Rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR