Məhəmməd Cavad Zəriflə Ketrin Eşton arasında telefon danışığı olub

Məhəmməd Cavad Zəriflə Ketrin Eşton arasında telefon danışığı olub
# 05 dekabr 2013 11:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında telefon danışığı olub.

APA-nın İSNA-ya istinadən məlumatına görə, tərəflər əsasən İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əldə olunmuş razılaşma əsas müzakirə mövzusu olub.

K.Eşton iranlı həmkarını “altılıq” ölkələrinin Cenevrə razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməkdə ciddi olduqlarına və prosesin irəliləyişində maraqlı olduqlarına əmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR