Lənkəranda 5 otaqlı evdə yanğın olub - VİDEO

Lənkəranda 5 otaqlı evdə yanğın olub - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 15:41 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 14-də saat 15.00 radələrində şəhərin Tofiq İsmayılov küçəsi, 21-ci məhəllə ünvanında yaşayan 1973-cü il təvəllüdlü İqbal İltifat oğlu Hüseynova məxsus iki mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə yanğın lokallaşdırılıb. Yanğın nəticəsində 200 kvadratmetrlik evin bir otağı 30 kvadratmetrlik sahədə içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı həmçinin evin sakinlərindən bir qadının şok keçirdiyi, ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının növbətçi briqadası tərəfindən müvafiq yardım göstərildiyi bildirilir.

Şahidlərin qənaətincə, yanğına evdə qaz sızması səbəb olub. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR