Azərbaycan qazının Avropaya nəqli marşrutu iyunun sonunadək seçiləcək

Azərbaycan qazının Avropaya nəqli marşrutu iyunun sonunadək seçiləcək
# 15 may 2013 14:48 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli ilə bağlı son qərar iyun ayının sonunadək qəbul ediləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda qazın nəqli üçün təqdim olunan layihələr – TAP və «Nabucco West» üzrə təkliflər qiymətləndirilir: «İlin sonuna qədər Avropa alıcıları, Avropa marşrutu, tariflər, Türkiyə tarifləri kimi məsələlər həll olunmalıdır ki, layihənin son variantı təsdiq olunsun».

Bu layihənin təsdiqindən sonra irimiqyaslı işlərə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR