Bakıda 20, rayonlarda 24 dərəcəyədək isti gözlənilir - VİDEO

Bakıda 20, rayonlarda 24 dərəcəyədək isti gözlənilir - <span style="color: red;">VİDEO
# 13 aprel 2014 13:44 (UTC +04:00)

Bəzi yerlərdə yağış yağacaq, səhər tədricən kəsiləcək. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9 dərə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR