Novruz bayramından sonra Bakıda «Təcili Yardıma» daxil olan müraciətlərin sayı 10% artıb

Novruz bayramından sonra Bakıda «Təcili Yardıma» daxil olan müraciətlərin sayı 10% artıb
# 25 mart 2014 08:19 (UTC +04:00)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, müraciətlərin artımı daha çox martın 23-də olub. Onun sözlərinə görə, həmin gün stansiyaya daxil olan müraciətlərin sayı əvvəlki günlərlə müqayisədə 10% artaraq 1 850 çağırış olub: «Daha çox uşaqlarla bağlı çağırışların, yaşlı nəsildə təzyiqlə bağlı müraciətlərin sayı artıb. Digər günlərdə isə təcili yardım stansiyasına hər gün orta hesabla 1 700 müraciət daxil olub. Stansiyaya daxil olan müraciətlərin təxminən 9-10%-i xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənmə ilə bağlı bayram günlərində orta hesabla 5-6 müraciət daxil olub və onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Yol-nəqliyyat hadisələrinin sayında da azalma müşahidə olunub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR