Azərbaycanın Meksikadakı səfiri bu ölkə Senatının komissiya sədri ilə görüşüb

Azərbaycanın Meksikadakı səfiri bu ölkə Senatının komissiya sədri ilə görüşüb
# 06 noyabr 2013 07:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov Meksika Senatının Asiya-Sakit Okean ölkələri üzrə Komissiyasının sədri, senator Teofilo Torres Korzo (Teofilo Torres Corzo) ilə Meksika Senatında görüş keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Meksika arasında parlament diplomatiyasının əhəmiyyəti vurğulanaraq ikitərəfli siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın potensialına inam ifadə ediblər.

Cari ilin iyun ayında Meksika Senatının Enerji komitəsinin sədri, senator David Pençinanın rəhbərlik etdiyi Meksika Senat nümayəndə heyətinin Azərbaycana səfərini xatırladan T. T. Korzo, qrup tərəfindən Azərbaycanda enerji sahəsində əməkdaşlıq imkanlarının öyrənildiyini söyləyərək bu sahədə Azərbaycanın zəngin təcrübəsinin Meksika üçün nümunə ola biləcəyi ilə bağlı Senat nümayəndə heyətinin fikirlərini bölüşüb. Tərəflər tezliklə Meksikanın Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasının vacibliyini vurğulayaraq iki ölkə arasında qarşılıqlı səfərlərin təşkilinin Azərbaycan-Meksika münasibətlərinin gələcək inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR