Bakı-APA. Bu sözləri APA TV-yə Ukrayna Azərbaycanlıları Konqresinin Krım regional təşkilatının rəhbəri Rahim Hümbətov deyib. Onun sözlərinə görə, rus qoşunlarının döyüş hazırlığına gətirilməsi barədə yayılan xəbərlər insanları daha da təşvişə salıb: "Bildiyiniz kimi parlamentin üstünə rus bayrağı taxılıb. Camaatı yavaş-yavaş təşviş bürüyür. Mağazalarda növbədir. Camaat ərzaq alır, ehtiyatlanır ki, vəziyyət daha da gərginləşə bilər".
Azərbaycanın diaspor təşkilatının rəhbəri mərkəzi hakimiyyətin Krımdakı vəziyyətə təsir etmək iqtidarında olmadığını bildirib: "Bütün Krım əhalisi 2 düşərgəyə parçalanıb. Bir hissəsi istəyir ki, Krım Rusiyanın tərkibinə daxil olsun. Digər hissəsi istəyir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunsun və Krım Ukraynanın tərkibində qalsın. Bütün dava-dalaş bunun üstündədir".
Rahim Hümbətov Krımda yaşayan azərbaycanlılara mümkün qədər çölə çıxmamalarını və iğtişaş baş verən yerlərdən kənar gəzmələrini xahiş edib.
Azərbaycanlı diaspor rəhbəri: "Krım əhalisi ərzaq ehtiyatı toplayır" - VİDEO
27 fevral 2014 14:48 (UTC +04:00)
MDB
Moskvada miqrantlar arasında dava baş verib, ölən və yaralananlar var - VİDEO
21:49
21 may 2024
Zelenski səlahiyyət müddətinin bitmədiyini açıqlayıb
19:30
21 may 2024
Ukrayna və Ermənistanın parlament sədrləri Cənubi Qafqazı müzakirə ediblər
19:04
21 may 2024
Rusiya ordusu qeyri-strateji nüvə silahlarının tətbiqi üzrə təlimlərə başlayıb - VİDEO
18:42
21 may 2024