Səudiyyə Ərəbistanı Suriyanın müxalifət hökumətini maliyyələşdirəcək

Səudiyyə Ərəbistanı Suriyanın müxalifət hökumətini maliyyələşdirəcək
# 13 noyabr 2013 02:46 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyasının yaratdığı keçid hökumətinin maliyyələşdirilməsi üçün 300 milyon dollar vəsait ayırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Skay Nyuz Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Milli Koalisiyasının İstanbulda keçirilən toplantısında müxalifətçilər Əhməd Taamın rəhbərlik etdiyi hökumətin 9 nazirini təyin edib. DİN rəhbəri daxil olmaqla daha 3 nazirin təyinatı məsələsi nəzərdən keçirilir. Milli Koalisiyasının planına əsasən, müxalif Nazir Kabineti Dəməşqdəki rejimin nəzarətində olmayan əraziləri idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR