Krımdakı hərbi texnikanın Ukraynaya təhvil verilməsi prosesi dayandırılıb

Krımdakı hərbi texnikanın Ukraynaya təhvil verilməsi prosesi dayandırılıb
# 18 iyun 2014 07:43 (UTC +04:00)

Bakı-APA. Krımda yerləşən hərbi texnikanın Ukraynaya təhvil verilməsi prosesi dayandırılıb.

APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında Sevastopol qubernatorunun səlahiyyətlərini icra edən Sergey Menyaylo deyib.

Onun sözlərinə görə, təhvil-təslim prosesi Kiyevin istəyi ilə dayandırılıb.

“Ukrayna Müdafiə Nazirliyinin Krımdakı nümayəndələri geri qayıdırlar. Onlar bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya ilə hərbi-texniki əməkdaşlığının dayandırılması haqda qərarı ilə əsaslandırırlar”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR