Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edib - APA TV

Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 12 iyun 2013 10:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncə və ətraf rayondan şikayəti olan vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda Gəncə şəhərindən, Göygöl, Samux, Goranboy və Naftalan rayonlarından vətəndaşlar iştirak edib.

S.Müslümovun dediyinə görə, şikayətlərin əksəriyyəti müxtəlif dövrlərin staja daxil edilməsinə aid olub: “Vətəndaşların təhsil müddətinin, həbsdə yatma müddətinin staja daxil edilməsi ilə bağlı müraciətləri var. Bundan başqa, əvvəllər təsərrüfat hesablı dövlət müəssisələrində işləyən şəxslər onlara dövlət qulluqçusu statusunun verilməsi ilə də bağlı fikirlərini bildiriblər”.

S.Müslümov qeyd edib ki, ona pensiyaların düzgün hesablanmaması ilə bağlı heç bir şikayət daxil olmayıb. Fondun sədri şikayətləri dinlədiyini və problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR