Con Kerri: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycanla əməkdaşlığa sadiqdir”

Con Kerri: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycanla əməkdaşlığa sadiqdir”
# 28 may 2014 11:57 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dövlət katibi Con Kerri 28 May – Respublika Günü münasibəti ilə Azərbaycan xalqını və hökumətini təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını və hökumətini Prezident Barak Obama və ABŞ xalqı adından təbrik edirəm. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji daşıyıcılarının şaxələndirilməsi və regional təhlükəsizliyin təşviqi ilə bağlı öhdəliklərə sadiqdirlər. Biz Azərbaycana NATO-nun Əfqanıstanda sülhyaratma missiyasındakı tərəfdaşlığına görə xüsusi minnətdarlığımızı bildiririk.

ABŞ demokratik institutların möhkəmləndirilməsinə, açıq bazar iqtisadiyyatının təşviqinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycan ilə əməkdaşlığa sadiqdir.

Siz bu əlamətdar bayramı qeyd etdiyiniz bir vaxtda ABŞ əlaqələrimizin inkişafına və Azərbaycan xalqının daha parlaq gələcəyinə inamını bir daha bəyan edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR