“Yanğından mühafizə qaydalarına riayət edilməsi” mövzusunda seminar keçirilib - FOTO - VİDEO

“Yanğından mühafizə qaydalarına riayət edilməsi” mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 10:30 (UTC +04:00)

Bakı-APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə qoruq ərazisində fəaliyyət göstərən müəssisələrdə “Yanğından mühafizə qaydalarına riayət edilməsi” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd yanğın təhlükəsizliyinin təmin edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, baş verə biləcək hadisələrin qarşısının alınması kimi mövzularda maarifləndirilməni təmin etməkdən ibarət olub.

Seminarda İçərişəhərdə fəaliyyət göstərən otel, ictimai iaşə müəssisələri və digər ictimai obyektlərin nümayəndələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbirdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları məruzələrlə çıxış ediblər. Çıxışlarda inzibati binalarda yanğın təhlükəsizliyi qaydalarının tələbləri, ictimai iaşə müəssisələrində yanğın təhlükəsizliyi tədbirləri, ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı və istifadə qaydası kimi əhəmiyyətli mövzulara toxunulub, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl etməyin hər kəs üçün vacibliyi vurğulanıb. Son illər kəşf edilən və “Siam Safaty Prier So. LTD” şirkətinin məhsulu olan “Şar-1” avtomatik yanğınsöndürmə vasitəsi tədbir iştirakçılarının marağına səbəb olub.

Sonda “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və otel, ictimai iaşə müəssisələri, fərdi həyətlərdə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən stendlər təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR