28 May-Respublika Günü münasibəti ilə Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir

28 May-Respublika Günü münasibəti ilə Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir
# 26 may 2014 15:02 (UTC +04:00)

Bakı-APA. İsveç Kralı Karl Qustav Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, İsveç Kralı Azərbaycanın dövlət başçısına cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edib.

28 May-Respublika Günü ilə əlaqədar Azərbaycan prezidentinə həmçinin Niderland Kralı Villem-Aleksandr, Kuba Dövlət Şurasının sədri Raul Kastro Rus, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, Səudiyyə Ərəbistanı baş nazirinin müavini Salman bin Əbdüləziz əl-Səud, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı təbrik məktubları ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR