Mingəçevirdə yol qəzasında ağır xəsarət alan sürücü xəstəxanada ölüb

Mingəçevirdə yol qəzasında ağır xəsarət alan sürücü xəstəxanada ölüb
# 13 mart 2014 15:23 (UTC +04:00)

Mingəçevir. Zahid Abışov-APA. Mingəçevirdə 3 gün əvvəl yol qəzasında ağır xəsarət almış sürücü dünyasını dəyişib. APA-nın yerli bürosunun məlumatına görə, martın 10-da şəhərin Heydər Əliyev prospektində Rəhimov Zaur Vaqif oğlunun idarə etdiyi “VAZ-21012” markalı minik maşını ilə, Kərimov Tural Mustafa oğlunun idarə etdiyi “QAZ-3110” markalı maşının toqquşması nəticəsində hər iki sürücü xəsarət alaraq Mingəçevir Şəhər Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan Z. Rəhimov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR