Azərbaycan hərbçiləri beynəlxalq və ikitərəfli əməkdaşlıq proqramları çərçivəsində tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri beynəlxalq və ikitərəfli əməkdaşlıq proqramları çərçivəsində tədbirlərdə iştirak edəcəklər
# 30 sentyabr 2013 07:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hərbçiləri beynəlxalq və ikitərəfli əməkdaşlıq proqramları çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, oktyabrın 1-dən 11-dək Kaunas şəhərində Qərargah tibb zabitləri üçün təməl kurs, oktyabrın 7-dən 9-dək Bakıda “Mühəndis xidməti üzrə ekspert görüşü” , oktyabrın 2-dən 3-dək Qazaxıstanın Almatı şəhərində “Əməliyyat imkanları konsepsiyası - qiymətləndirmə və rəy proqramı” üzrə illik konfrans, Azərbaycan-ABŞ iş planına əsasən oktyabrın 2-dən 2014-cü ilin iyul ayının 22-dək San-Antonio şəhərində “Partlamamış maddələrin zərərsizləşdirilməsi üzrə beynəlxalq kurs”, Azərbaycan-Tacikistan ikitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 8-9-da Düşənbə şəhərində hərbi-texniki əməkdaşlıq məsələlərin müzakirəsi məqsədilə ekspertlərin işçi görüsü, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 14-dən 2014-cü il oktyabr ayının 10-dək İngiltərənin Dartmus şəhərində «Təməl hərbi dəniz təliminə hazırlıq və təməl hərbi dəniz təlimi (zabitlər üçün) kursu» keçiriləcək.

Azərbaycan hərbçiləri üçün oktyabrın 1-dən 4-dək Bakıda NATO-nun Brunsumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-nun Əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu təşkil olunacaq.

Azərbaycan hərbçiləri, həmçinin oktyabrın 7-dən 10-dək Almaniyanın Oberamerqau şəhərində NATO qərargah zabitləri üçün tanışlıq kursunda, oktyabrın 7-dən 11-dək Belçikanın Mons şəhərində tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursunda, oktyabrın 8-dən 17-dək Polşanın Varşava şəhərində NATO daxilində standartlaşdırma kursunda iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR