Bakıda mənzillərdən oğurluq edən iki nəfər tutulub

Bakıda mənzillərdən oğurluq edən iki nəfər tutulub
# 27 fevral 2014 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzillərdən oğurluq edən iki nəfər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 26-na keçən gecə Binəqədi rayonu Biləcəri qəsəbə sakini Cavanşir Mayılovun evindən pəncərədən girmək yolu ilə 1 ədəd fotoaparat və 2 ədəd qol saatı oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Emin Cəfərov və Hacıbala Tağıyev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların İzzət Məmmədovanın evindən qızıl və məişət əşyaları, Teymur İbrahimovun evindən 5000 manat pul, 1 ədəd fotoaparat və 3 ədəd mobil telefon və Azər Zeynalovun evindən 2600 manat pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR