Elnur Aslanov: “TANAP Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək” - VİDEO

Elnur Aslanov: “TANAP Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək” - <span style="color: red;">VİDEO
# 17 fevral 2014 08:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr Avropanın enerji və nəqliyyat xəritəsini dəyişib. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, TANAP layihəsi Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

E. Aslanov qeyd edib ki, TANAP-ın maliyyələşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirakını təmin edəcək, eyni zamanda gələcəkdə istər TAP layihəsinin, istərsə də “Cənub dəhlizi”nin reallaşması ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR