Ötən il Azərbaycanda 25 körpü istifadəyə verilib

Ötən il Azərbaycanda 25 körpü istifadəyə verilib
# 09 may 2013 08:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 2015-ci ilədək yenidən qurulan və əsaslı təmir olan avtomobil yollarının uzunluğu 3 578 km təşkil edəcək.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib.


Onun sözlərinə görə, 2006-2015-ci illər ərzində respublika əhəmiyyətli 3 578 km, yerli əhəmiyyətli 5 928 km avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri, Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə müxtəlif yol qovşaqlarında yol ötürücülərinin (körpülərin) və keçidlərinin tikintisi nəzərdə tutulub və hazırda bu işlər uğurla davam etdirilir.


«Təkcə 2012-ci ildə ümumi istifadədə olan 537,2 km avtomobil yolu tikilib və təmir olunub. Bundan da 134,6 km respublika, 402,6 km yerli əhəmiyyətli avtomobil yoludur. İl ərzində 25 körpü istifadəyə verilib», - deyə C.Qurbanov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR