Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb - VİDEO

Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb - <span style="color: red;">VİDEO
# 04 mart 2014 07:51 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayon ƏSMM-nin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR