Azərbaycan və Gürcüstan müdafiə nazirləri Brüsseldə görüşəcək

Azərbaycan və Gürcüstan müdafiə nazirləri Brüsseldə görüşəcək
# 26 fevral 2014 08:45 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Belçikanın paytaxtı Brüsseldə bu gün və sabah keçiriləcək qeyri-NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü planlaşdırılır.

APA-nın Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasa qatılan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın Azərbaycan, Norveç və Əfqanıstandan olan həmkarları ilə görüşü nəzərdə tutulur.

NATO-ya üzv və qeyri-üzv ölkələrdən müdafiə nazirlərinin iştirakı ilə keçirilən iclasda Əfqanıstanda aparılan əməliyyatlarının gedişatı, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi Qətiyyətli Dəstək missiyasının planlaşdırılması prosesi və digər cari məsələlər müzakirə olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR