Misirdə baş vermiş ağır yol qəzasında 15 nəfər ölüb

Misirdə baş vermiş ağır yol qəzasında 15 nəfər ölüb
# 28 sentyabr 2013 23:54 (UTC +04:00)

Bakı-APA. Misirdə sentyabrın 28-də baş vermiş ağır yol qəzasında 15 nəfər ölüb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, qəza Şərkiyə əyalətində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən mikroavtobus qarşı hərəkət zolağına çıxaraq yük avtomobili ilə toqquşub. Ölənləri hamısının misirli olduğu bildirilir. Statistikaya görə, hər il Misirdə 8 minədək insan yol nəqliyyat qəzalarında ölür. Əsas təqsirkarlar isə yollarda yüksək sürətlə qarşı zolağa çıxaraq təhlükəli manevrlər edən yük maşını, mikroavtobus və taksi sürücüləridir .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR