Qurban Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb

Qurban Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb
# 10 iyun 2013 14:31 (UTC +04:00)

Bu barədə APA-ya Q. Məmmədovun köməkçisi Ramin Allahverdiyev məlumat verib.

R. Allahverdiyev prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Q. Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR