Serbiyada “Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə” Azərbaycan həqiqətlərinə həsr olunmuş rəsm sərgisi keçirilir - FOTO

Serbiyada “Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə” Azərbaycan həqiqətlərinə həsr olunmuş rəsm sərgisi keçirilir - <span style="color: red;">FOTO
# 24 iyul 2013 11:58 (UTC +04:00)


Bakı-APA. Belqrad şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyilə “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan uşaqlarının rəsm sərgisinin açılışını keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində giriş sözü ilə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin iqtisadi və siyasi məsələlər üzrə müşaviri Anar Əcəmov çıxış edərək mədəni tədbirin əhəmiyyətini, iki ölkə arasında mövcud mehriban dostluq münasibətlərini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə layihəsinin Serbiya parlamenti tərəfindən qəbul edilməsini xüsusi qeyd edib. Diplomat rəsmi Bakı ilə Belqrad hökuməti bütün müstəvilərdə bir-birinin mövqeyini qəti şəkildə dəstəkləməsi eləcədə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri haqda məlumat verib.

Mərasimdə çıxış edən Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etməsini yüksək qiymətləndirib. Ş. Nəbiyev deyib ki, bütün bu uğurlar ölkə başçısı cənab İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi qayğı və etimadın nəticəsidir. Həmçinin, Azərbaycan Gənclər Fondunun belə layihələri dəstəkləməsi təqdirəlayiq hal kimi dəyərləndirilib. Ş.Nəbiyev rəhbərlik etdiyi təşkilatın yalnız ticarət əlaqələrinə deyil, müxtəlif sosial layihələrə bundan sonra da dəstək verəcəyini bildirib.

Tədbirdə Serbiya Parlamentin Konstitusiya və Hüquq məsələləri Komitəsinin sədri Vladimir Tviya və digər deputatlar, İndoneziyanın, Malaziyanın Serbiyadakı səfirləri, Serbiya Prezident Administrasiyasının, Serbiyanın Mədəniyyət, Mətbuat və İnformasiya cəmiyyəti nazirliyinin, Serbiya Gənclər və İdman nazirliyinin , Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan mədəniyyət mərkəzinin, Serbiya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, Serbiya elm və mədəniyyət nümayəndələri, tələbələr, KİV və yerli QHT-lərin təmsilçiləri iştirak ediblər.

3 gün davam edəcək sərgidə məcburi köçkün uşaqlarla yanaşı, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Şirvan Şəhər Təhsil Şöbəsinin, Respublika İncəsənət Gimnaziyası Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Bakı şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR