Azərbaycanda avqustda ərzaq məhsulları ucuzlaşıb

Azərbaycanda avqustda ərzaq məhsulları ucuzlaşıb
# 04 sentyabr 2013 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,8% ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3% ucuzlaşıb.

Ay ərzində un, qarabaşaq yarması, pasterizə olunmuş və olunmamış üzlü süd, alma, armud, şaftalı, qarpız və yemiş, üzüm, kələm, pomidor, bibər, badımcan, çuğundur, soğan, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun əti, toyuq əti, kolbasa məmulatları, xama, yumurta, kərə yağı, limon, kök, göy lobya, xiyar, göyərtinin qiymətlərində bahalaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR