EBRD Azərbaycanın daha bir özəl şirkətinə iri kredit ayırıb

EBRD Azərbaycanın daha bir özəl şirkətinə iri kredit ayırıb
# 16 may 2013 12:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən «Mətanət A» şirkətinə 7 mln. avro məbləğində kredit ayırıb.

«APA-Economics»in EBRD-yə istinadən verdiyi məlumata görə, sözügedən kredit şirkətin gips əsaslı məhsulların və quru tikinti qarışığı üzrə istehsal gücünün artırılmasına yönəldiləcək. Belə ki, kredit hesabına yeni istehsal xətti yaradılacaq.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bu günə kimi EBRD Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 2,1 mlrd. avro vəsait yönəldib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR