Sentyabrın 16-da Lerik və Yardımlıda yeni məktəb binaları istifadəyə veriləcək - APA TV

Sentyabrın 16-da Lerik və Yardımlıda yeni məktəb binaları istifadəyə veriləcək - <span style="color: red;">APA TV
# 14 sentyabr 2013 01:41 (UTC +04:00)

Lerik-Yardımlı. Ağəddin Babayev – APA. Sentyabrın 16-da Lerik və Yardımlıda bir neçə yeni məktəb binası istifadəyə veriləcək. APA-nın cənub bürosunun məlumatına görə, рazırda Lerik rayonunda 14 məktəb tikilir. Bunlardan 6 -sı istismara hazır vəziyyətə gətirilib. Digər məktəblərdə isə son tamamlama işləri gedir.

Yardımlıda isə yeni tikilmiş Avaş və Alçabulaq kənd məktəblərinin açılışı olacaq. Rayonda daha 6 məktəbin tikintisi davam etdirilir.

Qeyd edək ki, hər iki dağ rayonunun təhsil şöbələrini narahat edən əsas məsələ məktəblərdə müəllim çatışmazlığı ilə bağlıdır. Artıq hər bir rayon öz vakant yerlərini çıxarıb və Təhsil Nazirliyinə təqdim edib.

Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun sözlərinə görə, burada 204 vakant müəllim yeri var və bununla bağlı Təhsil Nazirliyinə məlumat verilib: ”Bu il bizə cəmi 37 müəllim gəlib və bundan da 8 nəfəri yerli şəraitə görə işləməkdən imtina edib. Əsasən kimya, fizika, biologiya, coğrafiya və dil-ədəbiyyat fənləri üzrə pedaqoji kardlara ehtiyac daha çoxdur”.

Yardımlıda da kadrla bağlı problem qalmaqdadır. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, burada 86 vakant yer üçün test imtahanları keçirilib və həmin imtahanların nəticələrindən sonra 15 müəllim işə qəbul olunub. Onlardan yalnız 6 nəfəri rayona gələrək qeydiyyata düşüb. Birada da daha çox informatika, coğrafiya, dil - ədəbiyyat, tarix fənnləri üzrə pedaqoji kadrlara ciddi ehtiyac var.

Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov problemin həlli üçün onlara müəyyən səlahiyyətlərin verilməsini təklifl edib: ”Təhsil Nazirliyi mövcud vakant yerlərə müqavilə ilə müəllim işə götürməyi bizə icazə versə, yəqin ki, problemin öhdəsindən müəyyən qədər gəlmiş olarıq. Həm də dağ yerlərində gənc müəllimlərə güzəştlər olunmalıdır. Doğrudur, həvəsləndirmə tədbirləri həyata keçirilir. Amma əlavə güzəştlər olsa, gələn müəllimlər geri qayıtmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR