Beynəlxalq Valyuta Fondu Pakistana 6.5 mlrd. dollarlıq kredit ayıracaq

Beynəlxalq Valyuta Fondu Pakistana 6.5 mlrd. dollarlıq kredit ayıracaq
# 05 sentyabr 2013 00:31 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Valyuta Fondu Pakistana 6.5 mlrd dollarlıq kredit ayıracaq. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu vəsait maliyyə böhranın qarşısının alınması, sərmayələrin həcminin artırılması və iqtisadi sahədə islahatların aparılmasına yönələcək.

Kredit həmçinin Pakistana valyuta ehtiyatlarını doldurmağa imkan verəcək. Bunun əvəzində Pakistan hökuməti BVF-ə söz veib ki, vergilərdən kütləvi yayınmalara qarşı mübarizəni gücləndirəcək və enerji sektorunda islahatlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR