ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 22-ci ildönümünün anılmasına dair sənəd qəbul edib - FOTO

ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 22-ci ildönümünün anılmasına dair sənəd qəbul edib - <span style="color: red;">FOTO
# 08 may 2014 23:10 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbir zamanı Konnektikut ştatı Nümayəndələr palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) və Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç (House majority leader Joe Aresimowicz) Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatı Nümayəndələr Palatası tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbova təqdim ediblər.

Bundan sonra çıxış edən Azərbaycanlı diplomat Konnektikut ştatı qanunverici orqanın nümayəndələrinə Azərbaycan xalqı tarixinin faciəli səhifəsi olan Xocalı qətliamının unudulmamasına görə təşəkkürünü bildirib. Azərbaycan ərazilərinin hələ də işğal altında olduğunu qeyd edən diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyə ən böyük təhlükə olaraq qaldığını vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirib.

Tədbirdə həmçinin Konnektikut ştatının ədliyyə naziri Corc Cepsen (George Jepsen) və Nümayəndələr palatası üzvləri iştirak edib.

Bundan sonra Azərbaycan təmsilçisi Nümayəndələr palatasının plenar iclası zamanı rəsmi olaraq salamlandı və Nümayəndələr palatasının spikeri Brendan Şarki (Brendan Sharkey) ilə qısa görüş keçirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR