Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb
# 12 sentyabr 2013 15:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti 2013-cü ilin avqust ayında dövlət büdcəsinə 130 280 000 manat vəsait ödəyib ki, bu da ötən ilin avqust ayına nisbətən 6,6% çox olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümumiyyətlə, 2013-cü ilin yanvar-avqust aylarında büdcəyə 1 049 914 000 manat vəsait ödənilib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çoxdur.


Bundan əlavə, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 407 000 manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-avqust aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 106 088 000 manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarına nisbətən 1,1% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR