Səhiyyə naziri Göygöl rayonunda qəbul keçirib - VİDEO

Səhiyyə naziri Göygöl rayonunda qəbul keçirib - <span style="color: red;">VİDEO
# 24 sentyabr 2013 12:22 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Göygöl rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda qərb bölgəsinin 12 rayon və şəhərindən 29 nəfər iştirak edib. Nazirə müraciətlər daha çox ixtisaslaşdırılmış müalicə ilə bağlı olub. Bundan başqa, bölgə sakinləri uşaq, ürək cərrahiyyəsi, orqan transplantasiyası ilə bağlıda müraciətlər ediblər. Səhiyyə naziri vətəndaşları fərdi qaydada dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyatı təşkilat rəhbərlərinə çatdırılması üçün qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR