Bakıda 3 otaqlı evdə yanğın olub, 1 nəfər xəsarət alıb

Bakıda 3 otaqlı evdə yanğın olub, 1 nəfər xəsarət alıb
# 11 dekabr 2013 04:16 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR