Gəncədə tələbəni maşın vurub

Gəncədə tələbəni maşın vurub
# 14 mart 2014 08:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yolu keçmək istəyən piyadanı avtomobil vurub. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Nizami prospektində baş verib. Gəncə Dövlət Universitetinin tələbəsi Bəsti Əhmədova yolu keçmək istəyərkən Gəncə şəhər sakini Ariz Şəkiyevin idarə etdiyi “BMV” markalı avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan B. Əhmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR