Teymur Rəcəbov reytinq siyahısında 6 pillə geriləyib

Teymur Rəcəbov reytinq siyahısında 6 pillə geriləyib
# 01 noyabr 2013 07:09 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr ayı üçün açıqlanan siyahının ilk “yüzlüy”ündə 2 qrossmeysterimiz irəliləyib, 1-i isə geriləyib.


Şəhriyar Məmmədyarov 1 rəqibini qabaqlayaraq, 10-cu pilləyə yüksəlib. Onun aktivində 2757 reytinq xalı var. Yığmamızın digər zəka sahiblərindən Eltac Səfərli ötən ay ilk “yüzlük”dən kənar qalmışdısa, bu dəfə yenidən ora düşüb. O, hazırda 99-cudur (2653).


Məmmədyarov və Səfərlidən fərqli, Teymur Rəcəbov (2715) geriləməkdə davam edir. Oktyabrda 6 pillə aşağı düşən “sülhsevər” bu dəfə də “ənənəyə” sadiq qalıb və 33-cü yerə enib.

Qeyd edək ki, ilk “üçlük”də də dəyişiklik olub. Norveçli Maqnus Karlsenin (2870) başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2801) ikinci yerə yüksəlib. Əvəzində Vladimir Kramnik (Rusiya, 2793) isə üçüncü pilləyə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR