DÇ-2014: Portuqaliya yığması yenə xal itirdi

DÇ-2014: Portuqaliya yığması yenə xal itirdi
# 23 iyun 2014 09:20 (UTC +04:00)

Bakı – APA. Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının qrup mərhələsinin II turunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, H və G qrupunda keçirilən oyunlarla rəsmən II tura yekun vurulub.

Əvvəlcə Əlcəzair Cənubi Koreya ilə gücünü sınayıb. Afrika təmsilçisi məğlub olacağı halda, turnirlə erkən vidalaşacaqdı. Ancaq bosniyalı məşqçi Vahid Halilhodjiçin komandası ilk hissədə 3 cavabsız top vurmaqla görüşün taleyini həll edib. Bununla, onlar turnir cədvəlində II sıraya yüksəliblər.

G qrupunda isə Portuqaliyanın taleyi həll olunurdu. İlk turda gözlənilmədən Almaniya tərəfindən darmadağın olunan Paulu Bentunun yetirmələri bu dəfə ABŞ səddinə ilişib. Nani hesabı erkən açsa da, amerikalılar əzmkar futbol hesabına önə keçiblər. Yalnız Varelanın əlavə olunmuş dəqiqələrdə başla mükəmməl qolu Portuqaliyanı məğlubiyyətdən xilas edib. Bununla da avropalılar 1/8 finala çıxmaq şansını Qana ilə son turun oyununa saxlayıb.

III turun oyunları isə B qrupunda keçirilən görüşlərlə start götürəcək. Eyni vaxtda Avstraliya – İspaniya və Hollandiya Çili görüşləri keçiriləcək. Autsayderlərin matçı olan ilk görüşdə tərəflər meydana imic xətrinə çıxacaq. Son dünya və Avropa çempionları olan İspaniya tarixində ilk dəfə qarşılaşacağı Avstraliyanı məğlub etməklə küsmüş azarkeşləri ilə barışmağa çalışacaq.

Hollandiya ilə Çilinin görüşü isə qrupun liderini müəyyənləşdirəcək. Çox maraqla gözlənilən görüşdə favorit avropalılar olsa da, Aleksis Sançes, Arturo Vidalın yer aldığı Çilidən hər an sürpriz gözləmək mümkündür. Çili 1/8 finala lider kimi çıxmaq üçün mütləq qələbə qazanmalıdır. Maraqlıdır ki, tərəflər tarixlərində 1 dəfə qarşılaşıb ki, həmin görüşdə hollandiyalılar qalib gələ bilməyib. Həmin matç 2:2 hesabı ilə başa çatıb.

23 iyun

H qrupu

Cənubi Koreya – Əlcəzair 2:4

Qollar: Son, 50; Ku, 72 – Slimani, 26; Haliş, 28; Cabu, 38; Brahimi, 62

Hakim: Vilmar Roldan (Kolumbiya)

Portu-Aleqri. “Beyra-Rio” stadionu

Belçika

2

2

0

0

3-1

6

Əlcəzair

2

1

0

1

5-4

3

Rusiya

2

0

1

1

1-2

1

Cənubi Koreya

2

0

1

1

3-5

1

G qrupu

ABŞ – Portuqaliya 2:2

Qollar: Cons, 64; Dempsi, 81 - Nani, 5; Varela, 90+5

Hakim: Nestor Pitana (Argentina)

Manaus. “Arena Amazoniya”

Almaniya

2

1

1

0

6-2

4

ABŞ

2

1

1

0

4-3

4

Qana

2

0

1

1

3-4

1

Portuqaliya

2

0

1

1

2-6

1

B qrupu

21:00 Avstraliya - İspaniya

Hakim: Navaf Şukralla (Bəhreyn)

Kuritiba. “Arena da Bayşada”

21:00 Hollandiya – Çili

Hakim: Bakari Qassama (Zambiya)

San-Paulo. “Arena Korintians”

Hollandiya

2

2

0

0

8-3

6

Çili

2

2

0

0

5-1

6

Avstraliya

2

0

0

2

3-6

0

İspaniya

2

0

0

2

1-7

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR