Şərurda sərxoş kişi qohumunu qətlə yetirib

Şərurda sərxoş kişi qohumunu qətlə yetirib
# 04 oktyabr 2013 12:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycanda sərxoş kişi qohumunu qətlə yetirib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 3-də Şərur rayonu İbadulla kəndinin ərazisində Şəhriyar kənd sakini Elmixan Əliyev sərxoş halda münaqişə zəminində bıçaqla kənd sakini, qohumu Elmar Cəfərovu qətlə yetirib. Şərur Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR