Azərbaycan Əfqanıstanda kiçik neft emalı müəssisələrinin tikintisində iştirak edə bilər - YENİLƏNİB

Azərbaycan Əfqanıstanda kiçik neft emalı müəssisələrinin tikintisində iştirak edə bilər  - <span style="color: red;">YENİLƏNİB
# 04 sentyabr 2013 08:10 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, görüşün əvvəlində nazir N.Əliyev xarici qonağa ölkəmizin neft strategiyası, beynəlxalq layihələr, indiyədək görülən işlər və inkişaf perspektivləri haqqında ətraflı məlumat verib. Nazir Azərbaycan-Əfqanıstan iqtisadi-siyasi əlaqələrindən danışıb və iki ölkənin kiçik neft emalı zavodlarının tikintisində maraqlı olduğunu bildirib. «Əfqanıstan artıq öz iqtisadiyyatını bərpa edir və Azərbaycan bu sahədə Əfqanıstanla əməkdaşlıqda olduqca maraqlıdır», - deyə N.Əliyev vurğulayıb.

N.Əliyev qeyd edib ki, Azərbaycanda 50-dən artıq dövlət proqramı icra olunur və bütün bu proqramlarda Sənaye və Energetika Nazirliyinin əməyi olub.


Tədbirdə çıxış edən Azərbaycan Sənaye və Energetika Nazirliyi investisiya şöbəsinin müdiri Ramiz Rizayev bildirib ki, bu gün Azərbaycanın 2,4 trln. kubmetr qaz və 2 mlrd. ton neft ehtiyatları var: «Şahdəniz» yatağından bu günə qədər 44 mlrd. kubmetr qaz hasil olunub. Həmçinin, ixrac boru kəmərlərinin diversifikasiyası davam etdirilir».


Onun sözlərinə görə, bu günədək Azərbaycan Dövlət Neft Şirkətinin 11 ölkədə nümayəndəliyi açılıb, Azərbaycanda 22 elektrik stansiyası fəaliyyət göstərir və ölkəmiz elektrik enerjisi ixrac etmək gücündə olan bir dövlətə çevrilib.


Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın iqlim şəraiti həm günəş, həm külək, həm də çayların suyunun enerjisindən istifadəsinə imkan verir. Bərpa olunan enerji sahəsində artıq 14 kiçik su elektrik stansiyası tikilir, 3 külək stansiyası istifadəyə verilib. «Təbii ki, bütün bu nailiyyətlərin əldə olunması üçün böyük investisiyalar yatırılıb və bu sərmayələrin həcmi 128 mlrd. dollara çatıb».

Əfqanıstan naziri V.Şahrani isə öz növbəsində Bakıya gəlişindən məmnun olduğunu və bu gün Azərbaycan rəsmiləri ilə, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətində görüş keçirəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR