Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların problemləri dinlənilib

Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların problemləri dinlənilib
# 14 may 2013 10:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi, cəmiyyətə inteqrasiyası və psixoloji reabilitasiyası” layihəsinin yekun hesabatı təqdim edilib.

APA-nın xəbərinə görə, Milli QHT Forumunun 2012-ci ilin may ayından etibarən icra edilən layihənin məqsədi əlillərin sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək vermək, eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir.

Milli QHT Forumunun sədri Rauf Zeyni bildirib ki, 1 il ərzində Bakının 11 rayonunda bu layihə çərçivəsində seminarlar keçirilib, hüquqları ilə əlaqədar maarifləndirmə işləri görülüb. Onun sözlərinə görə, insanların, sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqları ilə əlaqədar digər rayonlarda da daha böyük tədbirlər həyata keçirilməlidir ki, bunun nəticəsində həm insanlar öz hüquqlarını bilsinlər, həm də məsul şəxslər, əlaqədar məmurlar onlarla münasibətdə daha diqqətli olmalıdır: “Onların problemləri əsasən müavinətin, təqaüdün aşağı olması, ev problemləri ilə bağlıdır. Layihə çərçivəsində müraciət olunan məsələlərlə bağlı bütün məsələlərə baxılıb. Biz problemlərə daha həssas olmalı və problemi vaxtında həll etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR