“PAŞA Həyat” beynəlxalq uyğunluq sertifikatını yeniləyib

“PAŞA Həyat” beynəlxalq uyğunluq sertifikatını yeniləyib
# 02 may 2014 14:48 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “PAŞA Həyat Sığorta” ASC-nin ISO 9001:2008 beynəlxalq keyfiyyət standartına uyğunluğunun yenilənməsi üçün “TÜV Thüringen” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən növbəti audit keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müştərilərin şirkət tərəfindən təqdim olunan məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin artırılması məqsədi ilə şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartının bütün tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə audit keçirilib.

Audit zamanı keyfiyyətin idarəetmə sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi, həmçinin şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi dərəcəsi də yoxlanılıb.

Qeyd edək ki, yenilənən ISO 9001:2008 beynəlxalq keyfiyyət uyğunluq sertifikatı Şirkətin sayca ikinci sertifikatı sayılır. İlk İSO sertifikatı 2011-ci ildə verilib və həmin ildən etibarən hər il “TÜV Thüringen” tərəfindən şirkətdə nəzarət auditi keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR