Salyan sakinlərindən narkotik vasitə götürülüb - VİDEO

Salyan sakinlərindən narkotik vasitə götürülüb - <span style="color: red;">VİDEO
# 05 aprel 2014 01:14 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosuna Salyan polis şöbəsindən verilən məlumata görə, polis əməkdaşları narkotik vasitələrin istifadəçilərini yaxalayıb.

Daxil olmuş məlumat əsasında Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı Salyan şəhər sakini, 45 yaşlı Anar Əliağa oğlu Məmmədov və onun həmyaşıdı olan dostu, rayonun Xalac kənd sakini Mahir Abı oğlu Abıyev şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

Hal şahidlərinin iştirakı ilə onların üzərinə baxış keçirilən zaman Anar Məmmədovun üzərindən 350 qram, Mahir Abıyevin üzərindən isə 10,77 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı məlum olub ki, Anar Məmmədov satış məqsədi olmadan narkotik vasitəni istifadə etmək üçün dostu Mahir Abıyevə verib.

Faktla bağlı Salyan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR