Azərbaycanda mina qurbanlarına faizsiz maliyyə vəsaiti veriləcək

Azərbaycanda mina qurbanlarına faizsiz maliyyə vəsaiti veriləcək
# 15 may 2013 08:44 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda mina qurbanlarına faizsiz maliyyə vəsaiti veriləcək. Bu barədə APA-ya Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən məlumat verilib.

İsveçrə Mina Qurbanlarına Yardım Fondu tərəfindən maliyyələşdirilən bu layihə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi tərəfindən həyata keçirilən əvvəlki layihələri davamı olaraq 5-ci fazadır.

Layihə çərçivəsində Füzuli və Tərtər rayonlarından olan yeddi mina qurbanına özlərinin kiçik biznes fəaliyyətini qurmaq üçün faizsiz maliyyə vəsaiti veriləcək. Mina qurbanlarının təqdim etdiyi biznes planlarına əsasən kiçik və iri buynuzlu mal-qaranın kökəldilməsi, süd istehsalı və balıqçılıq sahələrində fəaliyyət həyata keçiriləcək. Layihənin büdcəsi 12070 Avrodur və icra müddəti bir ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR